Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
Sportal.az xəbər verir ki, günün ilk matçı Xankəndi şəhərində baş tutub. Burada "Qarabağ" MOİK-i qəbul edib. Ağdam təmsilçisi yalnız əlavə edilmiş dəqiqələrdə Nəriman Axundzadənin vurduğu qolla qələbə qazanıb.
Mərhələnin son oyunu isə "Neftçi Arena"da yerli komanda ilə "Qaradağ Lökbatan" arasında keçirilib. "Neftçi" rəqibinə 4:0 hesabı ilə qalib gəlib.
Azərbaycan Kuboku
1/8 final
21 dekabr
"Qarabağ" - MOİK 0:1
Qol: Nəriman Axundzadə 90+4
Xankəndi şəhər stadionu
"Neftçi" - "Qaradağ Lökbatan" 4:0
Qollar: Olanare 20, Murad Qayalı 72(avtoqol), Boqomolski 77, Şinyaşiki 80
Hakim: Kamran Əliyev
Neftçi Arena