"Helsinki"nin müdafiəçisi Miro Tenho 2021/2022 mövsümündə Avropa Liqasının 3-cü təsnifat mərhələsinin "Neftçi"yə qarşı keçirdikləri oyunları (2:2, 3:0) xatırlayıb.
Sportal.az xəbər veirr ki, klubun rəsmi saytına danışan finlandiyalı futbolçu Azərbaycan klubuna qarşı oyunların karyerasında xüsusi yer tutduğunu bildirib:
"O qədər diqqətçəkən məqamlar var ki, seçim etmək bir az çətindir. 2021-ci ildə avrokubokların ilk seçmə oyunları da yaddaqalan olub. Avropa Liqasında “Neftçi”yə qarşı matçlar xüsusilə yaddaqalan anlar idi. Həmin vaxt Konfrans Liqasının qrup mərhələsində yerimizi təmin etmişdik".
28 yaşlı müdafiəmi artıq “Helsinki”dən ayrılıb və yeni ildən millimizin hücumçusu Musa Qurbanlının da formasını geyindiyi “Yurqorden”ə keçib.
Mirbağırağa
saytlarin hazirlanmasi