“Sabah” Futbol Akademiyasının U-11 və U-12 komandasının futbolçularına “Uşaqların hüquq və maraqlarının qorunması” mövzusunda maarifləndirici seminar keçirilib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əlibaba Əliyev tərəfindən keçirilən təlimdə azyaşlılara uşaqların hüquqları və vəzifələri barədə ətraflı məlumat verilib, onlar üçün maraqlı olan suallar cavablandırılıb. Daha sonra uşaqların mözvu ilə bağlı məlumatlarının möhkəmləndirilməsi üçün müxtəlif əyləncəli oyunlar keçirilib.
Gələcəkdə bu cür maarifləndirici seminarların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.
saytlarin hazirlanmasi