Bu gün “Neftçi” Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Adrian Mutu “Qaradağ-Lökbatan”la görüşdə iştirak etməyəcək.
Məsələ burasındadır ki, rumıniyalının anası uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Mutu isə bu məqsədlə Rumıniyaya qayıdıb. "Neftçi"ni bugünkü görüşə onun köməkçiləri çıxaracaq.
saytlarin hazirlanmasi