Polşa mətbuatı “Lex”in sabiq baş məşqçisi Con van den Bromun işini xatırlayaraq, onun ötən mövsüm Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"a qarşı görüşlərdə baş verən uğursuz debütünə toxunublar.
Sportal.az xəbər verir ki, “igol.pl” portalı Bakıda Ağdam klubunun Poznan təmsilçisini 5:1 hesabı ilə darmadağın etməsi haqda yazıb:
"Van den Brom, Maçey Skorjinin şəxsi səbəblərə görə Polşa çempionunu tərk etmək barədə gözlənilməz qərarından sonra hazırlıqların qızğın vaxtında "Lex"ə qoşuldu. Poznandakı debüt yüksək səviyyədə oldu. Çempionlar Liqasının birinci təsnifat mərhələsində uğurlu debüt və turnirin qrupuna tarixi vəsiqə ilə başa çatacaq gözəl macəra gözlənilirdi.
Niderlandlı o vaxt Polşa klubları üçün lənətlənmiş rəqib olan “Qarabağ”la qarşılaşsa da, həmin çağırışı qəbul etmişdi. Səviyyə fərqinə baxmayaraq, “Lex” ilk görüşdən qalib ayrılmağı bacarmışdı. Cavab matçından öncə 1:0 yaxşı üstülük hesab edilirdi. Amma "Qarabağ" “Lex”i amansızcasına darmadağın edərək, Polşa çempionunu Konfrans Liqasına yolladı”.
Mirbağırağa
saytlarin hazirlanmasi