PSJ millinin üzvünün müqavilə müddətini artırdı

19:44 - 21 Dekabr 2023

PSJ Presnel Kimpembeni buraxmaq istəməyib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Paris təmsilçisinin rəhbərliyi müdafiəçini yeni müqavilə imzalamaq üçün razı sala bilib.

Belədə, Fransa millisinin üzvü 2026-cı il iyunun 30-na qədər PSJ-yə məxsus olacaq.

28 yaşlı futbolçu PSJ-nin yetirməsidir və 2014-cü ildən əsas komandada çıxış edir.
 

Xəbər xətti