Bu gün Azərbaycan Autizm Assosiasiyasının yaradılmasının 10 illik yubileyi münasibəti ilə tədbir təşkil olunub.
Sportal.az xəbər verir ki, assosiasiyanın fəaliyyətindən bəhs olunan videoçarxın nümayişindən sonra AAA-nın prezidenti millət vəkili Jalə Əhmədova görülən və perspektivdəki işlər barədə qonaqlara hesabat xarakterli məlumat verib. Tədbirdə millət vəkilləri, ictimai xadimlər çıxış edib, Assosiasiyaya uğurlar arzulayıblar. Autizmli uşaqların çıxışı isə tədbirə xüsusi rəng qatıb.
Daha sonra "İlin ən yaxşı" təlimçiləri və mərkəzləri mükafatlandırılıb. Sonda autizmli uşaqlara və gənclərə hədiyyələr təqdim olunub. Rəsmi hissənin ardınca tədbir incəsənət nümayəndələrinin iştirakı ilə davam edib.
saytlarin hazirlanmasi