Türkiyə çempionatında 17-ci tura yekun vurulub.
Sportal.az xəbər verir ki, Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” “Ankaragücü” ilə qarşılaşıb.
Onun komandası səfərdə 0:0 hesabı ilə bərabərə qalıb.
Milli komandamızın hücumçusu meydana start heyətində çıxıb və 82-ci dəqiqədə əvəzlənib. “Hatayspor” 19 xalla 10-cu pillədə qərarlaşıb.