"Real"ın məşqçilər korpusu İspaniya La Liqasının 18-ci turunun “Alaves”lə matçının başlamasına bir neçə saat qalmış, daha əvvəl “kral klubu”nun əvəzedici heyətindən əsas komandaya cəlb edilmiş Raul Asensionu matçın iştirak ərizəsindən çıxarıb.
Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, buna səbəb müdafiəçinin yetkinlik yaşına çatmayan qızın çəkildiyi seks videosunu yaymaqda şübhəli bilindiyi üçün məhkəmə istintaqının aparılması ilə bağlıdır.
Xatırladaq ki, intim videoların yayılması ilə bağlı insident ötən ilin payızında baş verib. Videodakı 16 yaşlı qızın anası polisə müraciət edib.
"Kastilya"da çıxış edən iki futbolçu və "Real"ın C komandasında çıxış edən digər oyunçu cinayətdə ittiham olunur.
saytlarin hazirlanmasi