“Borussiya” baş məşqçisi Edin Terziçi istefaya göndərmək fikrində deyil.
Sportal.az “Bild”ə istinadən xəbər verir ki, Dortmund klubunun rəhbərliyi cümə axşamı keçirilən iclasından sonra bu qərarı qəbul edib.
Edinin klubla hazırkı müqaviləsi 2025-ci ilə qədərdir.
"Borussiya" 16 turdan sonra Almaniya çempionatında 5-ci pillədə qərarlaşıb. Çempionlar Liqasında “sarı-qaralar” PSJ, “Milan” və “Nyukasl”la qrupda birinci yerdən pley-offa yüksəlib.