"Qapımıza vurulmuş ilk qolda qayda pozuntusu var idi, Paxtmana da qırmızı vərəqə göstərmək olardı" - MÜSAHİBƏ

13:49 - 22 Dekabr 2023

“Turan Tovuz”un müdafiəçisi Şəhriyar Əliyev Sportal.az saytına müsahibə verib. O, komandasının Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Zirə” ilə görüşündəki məğliubiyyətini də şərh edib.

- "Turan  Tovuz" Azərbaycan kubokunda mübarizəni dayandırdı. Ötən mövsmü finakın bir addımlığında dayanmış komandanın bu mövsüm bu qədər erkən dayanacağını ehtimal edirdin?

- Oyuna çox yaxşı hazırlaşmışdıq. Hesabı da açmağa müvəffəq oldu. Amma sonra yaratdığımız qol şanslarından istifadə edə bilmədik. İki qol buraxaraq uduzduq. Çalışırdıq ki, kubokda çox irəli gedək. Bizim yoldakı komandalar sanki öz rəqiblərimiz idi, "Səbail", "Zirə", "Araz-Naxçıvan", "Qəbələ". Özümüz kimi komandalar var idi. O biri yolda "Qarabağ", "Neftçi", "Sabah" klubları yer alıb. Bu yoldan finala çıxmaq şansımız daha çox idi. "Zirə" səddini keçmək istəyirdik. Final oynamaq istəyərdik.

- "Zirə" ilə görüşdə hər şey istədiyiniz kiim gedirdi, birdən-birə hər şey sizin əleyhinizə dəyişdi. Nə baş verdi? Səncə, komanda niyə 1:0 hesablı üstnülüyü qoruya bilmədi?

- İlk hissədə qol vurduq, hesabı artıra da bilərdik. Sadəcə dəyərləndirə bilmədik. "Zirə" ilk qolu vurduqdan sonra sanki üstünlük onlar tərəfə keçdi. Ayılmamış ikinci qolu buraxdıq. Öz səhvlərimizdən qapımızda qollar gördük. Çalışacağıq ki, səhvlərimizi analiz edək, düzəldək.

- "Zirə"nin vurduğu ilk qolda hakiməe etiraz bildirdiz. Səncə, orada qayda pozutnusu qeydə alınmalı idimi?

- Standart vəziyyətlər zamanı rəqib meydançasına gedirsən, qapıçıya toxunmamış...Heç toxunmursane, qapıçı özü sənə dəyir və dərhal qayda pozuntusu qeydə alırlar. Amma bizə vurulan birinci qolda hər şey gözümün qabağındadır. Kamal Bayramov topa oynayırdı, rəqib hücumçu açıq ayaqla gəlirdi. Şərt dəyməkdə deyilki. Paxtmanın ayağı dəysəydi, Kamal 100 faiz xəstəxanalıq olacaqdı. Çünki bizim qapıçımızın üzərinə açıq ayaqla gəlirdi, birinci də topa Kamal oynayırdı. VAR-da baxdılar, niyə belə qərar verdilər, müəmmalı gəldi. Ona görəetiraz edirdim. Ki, diqqətli olmaq lazımdır, epizoda yaxşı baxsınlar.

- Bu mövsüm hakimlərdən narazılığınız az olmayıb. Necə düşünürsən, hakimlərin qərəzi ilə qarşılaşır komanda?

- Qərəzli olduqlarını dezmədim. Hakimlər də səhv edə bilər. Sadəcə, VAR gəlib və hakimlərin səhvləri ən azından minimuma endirilməlidir. Qərəz olub-olmadığını deyə bilmərəm. Qapımıza vurulmuş ilk qolda qayda pozuntusu var idi, hətta Filip Paxtmana da qırmızı vərəqə göstərmək olardı. Rəqib hücumçunun topa gəlişini görürsüz də. Kamala necə vurdusa...Hər şey gözümün qabağındadır.  

- "Turan Tovuz" üçün bu ilin son görüşü "Araz-Naxçıvan"a qarşıdır. Həmin oyunda qələbə qazanmaq şanslarınızı necə dəyərləndirirsən?

- Çalışırıq ki, çempionat oyunlarında motivasiyamız qalsın. "Araz-Naxçıvan"ı düzgün analiz edərək, yaxşı oynayıb nəticə qazanmağa çalışacağıq. Bilirik ki, qələbə qazansaq, 4-cü və 5-ci pillədən aralı düşmürük. Çempionatın ikinci yarısına motivasiyalı hazırlaşa bilirsən.

- Komanda yəqin ki, hazırda istədiyi yerdə deyil. "Turan Tovuz"un ilk dördlükdə olmaq ehtimalı var səncə?

- Elə oyunlar oldu ki, öz səhvlərimizdən qollar buraxdıq. Elə oyunlar da var idi, oyunun nəticəsinə təsir edən hakim səhvləri var idi. Bəhanə gətirmək istəmirəm. Səhvlərimizi düzəltməyə çalışırıq. Onlar olmasaydı, bəlkə də bizim 25-26 xala sahib idik. Qalib gəldiyimiz oyunda uduzduq, heç-heçə qaldıq. O xalları itirməsəydik, ilk "üçlük"dəydik. "Araz-Naxçıvan"la oyunu fikirləşirik. Bu oyunda üç xal qazansaq, yuxarı pillələrdən aralanmayacağıq. Yaxşı toplanış keçərək, üst pillələrə yüksəlmək mümkündür.

Mirbağırağa

Xəbər xətti