"İnter"in yarımmüdafiəçisi Nikolo Barella karyerasını İngiltərədə davam etdirə bilər.
Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, "Çelsi" 26 yaşlı yarımmüdafiəçini transfer etmək üçün hərəkətə keçib.
Bu mövsüm Barella “İnter”in heyətində 23 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.
26 yaşlı futbolçu “Kalyari”, “Komo”da oynadıqdan sonra 2019-cu ildə “İnter”ə keçib.