Rusiyalı məşqçi Yuri Syominə Tacikistandan təklif gəlib.
Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu ölkənin iddialı klublarından olan "Xujand" ona rəsmi təklif göndərib.
Lakin Syomin bu dəvətdən yaş məsələsini əsas gətirərək imtina edib.
Təcrübəli məşqçi "Xudjand" rəhbərliyinə 5-6 rusiyalı mütəxəssisi məsləhət görüb.
Qeyd edək ki, 76 yaşlı məşqçi 2013-2014-cü illərdə "Qəbələ"ni çalışdırıb.