Mahmud Qurbanov: "Braqa" ciddi rəqibə oxşayır"

15:18 - 22 Dekabr 2023

Azərbaycan milli komandasının sabiq futbolçusu Mahmud Qurbanov "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə görüşdəki şanslarından danışıb.

Sportal.az xəbər verir ki, 50 yaşlı məşqçi Ağdam klubuna inandığını dilə gətirib:

"Braqa" ciddi rəqibə oxşayır. Hər halda, Portuqaliyanın yüksək liqasında oynayır. Top-klub olmasa da, ona yaxındır. Ümid və arzu edək ki, “Qarabağ” “Braqa” səddini keçərək, növbəti mərhələyə adlayacaq. Çətin olacaq, asan oyun yoxdur. Özü də, pley-off matçıdır. "Braqa" da növbəti mərhələyə keçməyi fikirləşir. Çox vaxt qalmayıb, iki aydan sonra ilk oyun baş tutacaq. "Qarabağ" ciddi hazırlaşmalıdır ki, mərhələni keçsin. Avropa Liqasında yeganə təmsilçimiz onlardır. Azarkeşlik edəcəyik. "Qarabağ"a uğurlar arzu edirəm".

Mirbağırağa
 

Xəbər xətti