Fransa mətbuatı Avropa Liqasının pley-off mərhələsinin püşkatmasının nəticələrini şərh edib, “Lans”ın Almaniyanın “Frayburq” klubu ilə düşməsindən yazıblar.
Sportal.az xəbər verir ki, “Lensois.com” portalı “Qarabağ”ın "Lans" üçün daha əlçatan komanda olduğunu qeyd edib:
"Kvalifikasiya baxımından bu, yəqin ki, ən asan püşkatma deyil. Bir tərəfdən də maraq yüksək olacaq. "Arsenal" və "Sevilya"dan sonra “Lans” “böyük beşlik" çempionatının daha bir klubu ilə qarşılaşmaq imkanı əldə edəcək. Digər tərəfdən, daha əlçatan “Qarabağ” və ya “Sparta” kimi rəqib düşsəydi də, həmin oyunlara qeyri-ciddi yanaşmaq olmazdı.
Hər halda, başa düşməliyik ki, Avropa Liqası çox yüksək səviyyəli yarış olaraq qalır. "Lans" üçün ən pis və ən yaxşı püşkatma olmadı. Kağız üzərində “Sparta” və “Qarabağ”a uzun səfər demək olsa belə, onlar daha əlçatan rəqiblər kimi görünürdü".
Mirbağırağa
saytlarin hazirlanmasi