"Neftçi"nin baş məşqçisi Adrian Mutu bu il Azərbaycana qayıtmayacaq.
Sportal.az xəbər verir ki, anasının vəfatına görə Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qaradağ-Lökbatan”la (4:0) matçını buraxan və Rumıniyaya yollanan Mutunun Bakıya gələn il qayıdacağı ehtimal olunur.
Buna görə də, "Neftçi"ni Premyer Liqanın 18-ci turunun “Kəpəz”lə görüşünə də Alin-Nikolae Çita çıxaracaq.
Bu məşqçi "Qaradağ-Lökbatan"la görüşdə də Mutunu əvəzləyirdi. "Neftçi" - "Kəpəz" matçı dekabrın 24-ü, 16:00-da “Neftçi Arena”da keçiriləcək.
Mutu Bakıya yalnız ilin əvvəlində “Neftçi”nin qış toplanışı üçün qayıdacaq.
saytlarin hazirlanmasi