"Sumqayıt" "Səbail"i məğlub etdi, Tovuzda oyun yarımçıq dayandırıldı - YENİLƏNİB

20:23 - 23 Dekabr 2023

Azərbaycan Premyer Liqasında II dövrənin son turunun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutmalı idi.

"Turan Tovuz" - "Araz-Naxçıvan" görüşü stadionun projektorunun aşması səbəbi ilə təxirə salınıb. Həmin oyun sabah 12:00-da qaldığı yerdən davam etdiriləcək.

"Sumqayıt" isə "Səbail"lə qarşılaşıb. Bu görüşdə ev sahibləri 1:0 qalib gəlib. 

Azərbaycan Premyer Liqası
XVIII tur
23 dekabr (şənbə)

16:00. “Turan Tovuz” – “Araz-Naxçıvan” 2:1 (Təxirə salınıb)
Qollar:
Xəyal Nəcəfov, 5, Bruno Qonçavles, 16 - İsmail Azzaui, 58
Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Eyyub İbrahimov, Emin Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu

“Sumqayıt” – “Səbail” 1:0 
Qol:
Adi Mehremiç 70 (avtoqol)
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Asif Əliyev
“Kapital Bank Arena”

Xəbər xətti