Türkiyədə birinci liqanın 17-ci turunun bir sıra oyunları baş tutub.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Bəxtiyar Həsənalızadənin formasını geyindiyi “Tuzlaspor” “Gənclərbirliyi”nin qonağı olub.
Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Həsənəlizadə bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib.
"Tuzlaspor" 16 xal toplayaraq turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi