"Real"ın "Zenit"in müdafiəçisi Robertu Renani istədiyi xəbərləri yayılıb.
Sportal.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı xəbər paylaşıb.
Amma "kral klubu"nun mətbuat xidməti çıxan xəbərləri yalanlayıb: "Zenit"in futbolçusu ilə maraqlanmırıq, belə söhbət gündəmdə deyil".
20 yaşlı futbolçunun Sankt-Peterburq təmsilçisi ilə müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir. O, bu il “Korintians”dan “Zenit”ə keçmişdi.