"Braqa" və "Qarabağ"a qarşı oynamış "Zirə"li: "Hər iki komanda yüksək keyfiyyətə malikdir" - MÜSAHİBƏ

13:19 - 24 Dekabr 2023

"Zirə"nin legioneri Andriya Lukoviç Sportal.az saytına müsahibə verib. 

- Ölkə kubokunun 1/8 final mərhələsinin oyununda  "Turan Tovuz"la qarşılaşdınız və onlara qalib gəldiniz. Matç sizin üçün necə alındı? Son dəqiqələrdə "come back" edəcəyinizə inamın qalmışdı?

- Ağır oyun oldu, fiziki cəhətdən çox çətin alındı. Matça yaxşı başlamadıq. Amma qoldan sonra, getdikcə daha da yaxşılaşdıq. Sonda da qalib gəldik. Bu qələbəyə layiq idik. 

- Bu matçdan əvvəl "Turan Tovuz"a Premyer Liqa görüşündə məğlub olmuşdunuz. Kubokdakı matça daha çox revanş gözü ilə baxırdız?

- Xeyr, revanş matçı kimi baxmırdıq. Amma içimizdə güclü hiss var ki, Tovuzda yaxşı çıxış edə bilməmişdik. Bu mənada, istəyirdik ki, kubok matçında uğurlu nəticə qazanaq.

- "Zirə" 1/4 finalda "Səbail"lə qarşılaşacaq. Komnadanın kuboku qazanmaq, ən azından finala çıxmaq şansı nə qədərdir? Çünki "Qarabağ", "Neftçi" və "Sabah" kimi iddialı komandalar digər yolla finala irəliləyə bilər...

- "Səbail" bu mövsüm çox güclüdür. Hələ bu oyuna çox vaxt var. Qarşıda çempionatdakı oyuna hazırlaşmışıq. Fasilə olacaq. Kuboka qədər bir çox oyun keçirəcəyik. "Səbail"lə oyuna az qalanda bu haqda danışacağıq.

- "Zirə" 2023-cü ildə son görüşünü "Qarabağ"a qarşı keçirəcək. Bu matçdakı qələbə qazanmaq şanslarınızı necə dəyərləndirirsən?

- Bu, birinci və ikinci pillədə qərarlaşan komandaların matçı olacaq. Bu mövsümü ən yaxşı şəkildə bitirmək lazımdır. Həmçinin ilk oyunda “Qarabağ”a qalib gəlmişdik. Bu, çox maraqlı, taktiki və dinamik oyun olacaq.

- Mövsümün ilk turunda "Qarabağ"ı səfərdə 1:0 məğlub etmişdiniz. "Qarabağ" indi lap yaxşı formadadır. Yəqin ki, indiki durumunda "Qarabağ"a qarşı oynamaq daha ağır olacaq?

- "Qarabağ” bu ölkənin ən güclü komandasıdır. Həqiqətən də böyük heyətə və fərdi xarakterə malikdirlər. Bəli, onlar bu mövsüm çox oyun oynadılar. Amma əminəm ki, bizə qarşı oyuna 100 faiz hazır olacaqlar.

- Ümumiyyətlə, mövsümün ilk yarısını "Zirə" üçün necə keçdi? İstədiyiniz kimi oynaya və nəticə qazana bildiniz?

- İkinci pillədəyiksə, narazı olmamalıyıq. Amma əminəm ki, mövsümün ikinci hissəsində də daha yaxşı ola bilərik.

- Həm "Famalikao", həm də "Belenenseş"də oynayanda "Braqa"ya qarşı meydana çıxmısan. “Zirə"nin heyətində isə "Qarabağ"a qarşı bir neçə dəfə meydanda olmusan. Bu iki komandanı da yaxşı tanıyırsan. Onlar Avropa Liqasının pley-off mərhələsində üz-üzə gələcək. Şansları necə dəyərləndirirsən?

- Çətin sualdır. Hər iki komanda yüksək keyfiyyətə malikdir. “Braqa” yüksək oyun keyfiyyətinə malik komandadır. “Qarabağ” da futbol oynamağı sevən kollektivdir. Ona görə də çox maraqlı oyun olacaq. Şansları 40/60-a “Braqa”nın xeyrinə hesab edirəm. 

Mirbağırağa
 

Xəbər xətti