Ermənistan Futbol Federasiyasının prezidenti bəlli olub.
Sportal.az xəbər verir ki, Armen Melikbekyan səsvermədə yenidən digər namizədləri qabaqlayıb.
O, 2026-cı ilə qədər bu postu tutacaq.
Onun ən iddialı rəqibi isə “Beşiktaş”, “Ayaks” və “Spartak”(Moskva) klublarında oynamış Araz Özbilis idi.
Lakin Araz 3, Melikbekyan 20 səs toplayıb.