"Qarabağ"ın futbolçusunun durumu açıqlandı: Zədəsi ciddi deyil

09:34 - 24 Dekabr 2023

Azərbaycan kubokunun 1/8 final mərhələsinin MOİK-lə görüşündə (1:0) zədələnən “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeydanın vəziyyətinə aydınlıq gəlib.

Sportal.az saytına verilən məlumata görə, 34 yaşlı futbolçunun zədəsinin ciddi olmadığı üzə çıxıb.

Milliləşdirilmiş braziliyalı futbolçu Xankəndidə keçirilmiş tarixi görüşdə zədələnmiş və beyin sarsıntısı təhlükəsi səbəbindən Patrik Andrade ilə əvəzlənmişdi.

Ağdam klubu ciddi bir şeyin üzə çıxmadığını və Almeydanın dekabrın 24-də Premyer Liqanın 18-ci turunun “Zirə” ilə qarşıdakı oyununda iştirak edə biləcəyini bildirib.

Xəbər xətti