Avstriyada ilin futbolçusunun adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, "Real"ın müdafiəçisi David Alaba bu ada layiq görülüb.
Bu barədə Avstriya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.
Alaba 10-cu dəfədir ki, ölkəsində ən yaxşı futbolçu seçilir.
O, bu il "ilin ən yaxşısı" seçilmək üçün Konrad Laimer ("Bavariya"), Kristof Baumqartner və Nikolas Seyvaldı (hər ikisi “Leyptsiq”) geridə qoymalı olub.
saytlarin hazirlanmasi