“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə qarşılaşacaq. Azərbaycanın tanınmış futbol agenti Tural Əsgərov Azərbaycan klubunun “Braqa” önündəki şanslarından danışıb.
Sportal.az saytına açıqlama verən Əsgərov Portuqaliya klubunun avrokuboklara ciddi yanaşdığını dilə gətirib:
"Portuqaliya klubları mənim üçün ən arzuolunmaz rəqiblərdir. Düzdür, "Braqa"nı potensial rəqiblərdən "Benfika", "Milan"la müqayisə etmək olmaz. Bəzi ölkələrin təmsilçiləri avrokuboklara çox ciddi yanaşmırlar, bütün diqqətlərini öz çempionatlarına yönəldirlər. Amma Portuqaliya klubları belə deyil. Avrokuboklarda da nəticə üçün oynayırlar. "Braqa"nın ölkə çempionatında titul qazanmaq şansı az olur. Çünki, orada "Portu", "Benfika" kimi rəqibləri var. Buna görə də onlar həmişə Avropada daha yaxşısını etməyə çalışırlar. Çempionlar Liqasında gücləri çatmır. Amma Avropa Liqasında müntəzəm olaraq yaxşı nəticələr göstərirlər. Komandanın büdcəsi də, heyəti də "Qarabağ"dan üstündür. Onlar üçün bəzən avrokubok oyunu çempionat oyunundan daha vacib olur. Bu baxımdan "Milan" daha uyğun rəqib ola bilərdi, nəinki "Braqa".
saytlarin hazirlanmasi