"Barselona"nın müdafiəçisi Serxi Roberto "İnter"in hədəfinə çevrilib.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, yanvarın əvvəlində milanlılar futbolçu ilə azad agent kimi transferlə bağlı danışıqlar aparmağa çalışacaq.
Futbolçunun özü heç bir klubla ilkin müqavilə imzalamağa çalışmır.
O, 2024-cü ilin may ayına qədər "Barsa”dan yeni müqavilə təklifini gözləməyə hazırdır. Bu baş tutmasa, futbolçu Milana yollanacaq.