Adrian Mutu "Neftçi"nin baş məşqçi postundan ayrılıb.
Sportal.az "Pressing.az"a istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis ölkəsindəki klublardan biri ilə anlaşıb.
Bu səbəbdən "ağ-qaralar"ın baş məşqçi postu müvəqqəti olaraq "Neftçi"nin əvəzedicilərdən ibarət komandasını çalışdıran Rəşad Abdullayevə tapşırılacaq.
Onu da qeyd edək ki, Mutu anasının vəfatıyla əlaqədar bir neçə gün əvvəl Rumıniyaya yollanıb. 44 yaşlı çalışdırıcı bu ilin iyulunda "Neftçi"nin "sükanı arxasına" keçmişdi. Onun paytaxt təmsilçisi ilə 2025-ci ilin 30 iyununadək müqaviləsi var.
saytlarin hazirlanmasi