Bölgə klubu bəyanat yaydı: "Ədalətli qərarlar istəyirik!"

17:26 - 26 Dekabr 2023

I Liqada mübarizə aparan "Karvan" klubu bəyanat yayıb. 

Sportal.az xəbər verir ki, bölgə təmsilçisi I Liqanın XII turunun "Zaqatala" ilə oyununda vurduğu qolun ofsayd səbəbiylə sayılmamasına etiraz edib:

“Karvan” futbol klubu olaraq, “Zaqatala” ilə keçirilən son oyunumuzda əleyhimizə verilən qərarlar ilk dəfə hakimliklə bağlı etiraz etməyimizə səbəb olur. Belə səhvlərlə bir çox oyunda qarşılaşsaq da, sadəcə, son oyundan videogörüntünü təqdim edirik. Bütün rəqiblərə hörmətlə yanaşırıq, təmiz futbol, ədalətli qərarlar istəyirik!"

Xəbər xətti