"Qaradağ Lökbatan" - "Difai Ağsu" matçında 7 qol - VİDEO

18:40 - 26 Dekabr 2023

Futbol üzrə Azərbaycan I Liqasında XII tura yekun vurulub.

Sportal.az xəbər verir ki. bu gün lider "Qaradağ Lökbatan" öz meydanında "Difai Ağsu"nu qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 27-yə yüksəldən "Qaradağ Lökbatan" liderliyini davam etdirir. 4 xalı olan "Difai Ağsu" isə 9-cu yerdədir.

"Qaradağ Lökbatan" - "Difai Ağsu" 5:2
Qollar: 
Seyxan Fərəcov, 21 (pen), 82, Kənan Cəfərov, 28, Xəlil Bəşirov, 52, Mehdi Tahirov, 84 - Kamil Hüseynov, 6, Samir Əliyev, 88

Xəbər xətti