Bölgə klubunun futbolçusuna 4 oyunluq cəza: rəqibi təpiklə vurduğuna görə

16:11 - 28 Dekabr 2023

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda I Liqanın XII turunun oyunları ilə bağlıaşağıdakı qərarlar qəbul edilib:

25.12.2023-cü il tarixində I Liqanın XII turunun “İmişli” – “Mingəçevir” oyununda “İmişli” azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə “İmişli” klubu 150 manat cərimə edilir (maddə 52.2);

25.12.2023-cü il tarixində I Liqanın XII turunun “İmişli” – “Mingəçevir” oyununda PFL Əsasnaməsinin tələbi pozulduğuna görə “İmişli” klubu 50 manat cərimə edilir (maddə 70.1);

25.12.2023-cü il tarixində I Liqanın XII turunun “Karvan” – “Zaqatala” oyununun 86-cı dəqiqəsində “Karvan” klubunun 1 nömrəli futbolçusu Amil Orucovun qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 3 oyun cəzalanır, “Karvan” klubu 200 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.1, 32);

25.12.2023-cü il tarixində I Liqanın XII turunun “Karvan” – “Zaqatala” oyununun 90-cı dəqiqəsində “Karvan” klubunun 19 nömrəli futbolçusu Ruslan Voronsov təcavüzkar davranışa (rəqibi təpiklə vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Karvan” klubu 300 manat cərimə edilir (maddə 40.3);

25.12.2023-cü il tarixində I Liqanın XII turunun “Karvan” – “Zaqatala” oyununda “Karvan” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Karvan” klubuna xəbərdarlıq edilir (maddə 43.7, 11)

25.12.2023-cü il tarixində I Liqanın XII turunun “Karvan” – “Zaqatala” oyununda PFL Əsasnaməsinin tələbi pozulduğuna görə “Karvan” klubu 50 manat cərimə edilir (maddə 70.1);

25.12.2023-cü il tarixində I Liqanın XII turunun “Karvan” – “Zaqatala” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilir (maddə 51.2);

25.12.2023-cü il tarixində I Liqanın XII turunun “Karvan” – “Zaqatala” oyununun 85-ci dəqiqəsində “Zaqatala” klubunun 14 nömrəli futbolçusu Rüstəm Nuruyev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 3 oyun cəzalanır, “Zaqatala” klubu 200 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.1, 32);

25.12.2023-cü il tarixində I Liqanın XII turunun “Karvan” – “Zaqatala” oyununun 86-cı dəqiqəsində “Zaqatala” klubunun məşqçisi Nəsib Əliyev hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Zaqatala” klubu 150 manat cərimə edilir (maddə 42.3);

25.12.2023-cü il tarixində I Liqanın XII turunun “Karvan” – “Zaqatala” oyununda “Zaqatala” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Zaqatala” klubu 70 manat cərimə edilir (maddə 37);

26.12.2023-cü il tarixində I Liqanın XII turunun “Qaradağ Lökbatan” – “Difai Ağsu” oyununun 30-cu dəqiqəsində “Difai Ağsu” klubunun 90 nömrəli futbolçusu İlham Allahverdiyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Difai Ağsu” klubu 50 manat cərimə edilir (maddə 36.5);

26.12.2023-cü il tarixində I Liqanın XII turunun “Şamaxı” – MOİK oyununun 52-ci dəqiqəsində MOİK klubunun 44 nömrəli futbolçusu Samir İbrahimov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, MOİK klubu 50 manat cərimə edilir (maddə 36.5);

26.12.2023-cü il tarixində I Liqanın XII turunun “Şamaxı” – MOİK oyunundan sonra Şamaxı şəhər stadionuna dəymiş zərər MOİK klubu tərəfindən ödənilsin (maddə 54.2);

Xəbər xətti