Misli Premyer Liqasının 2023/24 mövsümünün ilk yarısının oyunlarını 132 min 959 tamaşaçı izləyib.
Sportal.az xəbər verir ki, ilk iki dövrədə baş tutan 90 matçda orta tamaşaçı sayı 1477-yə bərabər olub.
18 turun rekordu Tovuzda qeydə alınıb. X turun oktyabrın 20-də keçirilən “Turan Tovuz” – “Qarabağ” görüşündə (2:2) 6000 seyrçi qeydə alınıb.
Qərb təmsilçisi çempionatın tamaşaçı sayındakı mütləq lideridir. “Turan Tovuz”un ev oyunlarını orta hesabla 4322 izləyici seyr edib.
Tovuzlular ən yaxın izləyicilərini 2 dəfədən çox üstələyir. Lideri ötən mövsümün mükafatçıları izləyir. “Neftçi” 2-ci, “Sabah” 3-cü, “Qarabağ” 4-cü yerdə qərarlaşıb. Bu dörd komandadan başqa “Sumqayıt”la “Kəpəz”də də orta göstərici 1000-dən yüksəkdir.
yer |
komanda |
tamaşaçı |
“Turan Tovuz”dan böyük fərqoyun |
orta |
1 |
Turan Tovuz |
38900 |
9 |
4322 |
2 |
Neftçi |
17196 |
9 |
1911 |
3 |
Sabah |
13404 |
9 |
1489 |
4 |
Qarabağ |
14418 |
10 |
1442 |
5 |
Sumqayıt |
11836 |
9 |
1315 |
6 |
Kəpəz |
9625 |
8 |
1203 |
7 |
Zirə |
8480 |
9 |
942 |
8 |
Səbail |
8100 |
9 |
900 |
9 |
Qəbələ |
6180 |
9 |
687 |
10 |
Araz-Naxçıvan |
4820 |
9 |
536 |
|
Cəmi |
132959 |
90 |
1477 |