Xəbər verdiyimiz kimi, “Araz-Naxçıvan” yanvarın 12-dən 16-dək Qəbələdə təlim-məşq toplanışı keçirəcək.
Sportal.az xəbər verir ki, hazırlığın yekununda Azər Bağırovun yetirmələri “Kəpəz”lə yoldaşlıq oyunu keçirməklə bağlı qarşılıqlı razılıq əldə etsə də, Gəncə təmsilçisi son anda Qəbələyə gələ bilməyəcəyini bildirib.
Buna görə də “qırmızı-ağlar” yanvarın 15-də “Qəbələ” ilə gücünü sınayacaq. Oyunun saatı barədə əlavə məlumat veriləcək.
saytlarin hazirlanmasi