Bölgə klubu iki futbolçu ilə yollarını ayırdı

15:58 - 3 Yanvar 2024

I Liqada mübarizə aparan "Karvan" iki futbolçusu ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki. bölgə təmsilçisi Ruslan Voronsov və Elnur Mustafazadə ilə yola davam etməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hər iki oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki. "Karvan" I Liqada 12 turdan sonra 18 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Xəbər xətti