Hazırlığını davam etdirən “Araz-Naxçıvan” bu gün iki məşqlə kifayətlənib.
Sportal.az xəbər verir ki, komanda üzvləri günün birinci yarısında fitness zalında məşq keçib.
Cari ildə yaşıl meydanda ilk hazırlıq prosesi isə günortadan sonra baş tutub. Bakı Olimpiya Stadionunun ehtiyat meydanında futbolçular əsasən fiziki təmrinləri yerinə yetiriblər.
Bakıya səhər saatlarında gələn Vanderson və İqor Ribeyra məşqlərə sabahdan qoşulacaq. İsmail Azzaouri sabah, Numan Kurdiç isə yanvarın 8-də kollektivlə birgə olacaq.
Qeyd edək ki, hazırlığın birinci mərhələsinə yanvarın 10-da “Zirə” ilə keçiriləcək yoldaşlıq matçı ilə yekun vurulacaq.
saytlarin hazirlanmasi