Premyer Liqanın autsayderləri Qəbələdə üz-üzə gəlir

11:50 - 10 Yanvar 2024

Premyer Liqada turnir cədvəlinin sinuncu pilləsində qərarlaşan "Qəbələ" mövsümün ikinci yarısının hazırlığını davam etdirir.

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" bu gün ilk yoxlama görüşündə qüvvəsini sınayacaq. Elmar Baxşıyevin yetirmələri "Kəpəz"lə üz-üzə gələcək.

Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 14:00-da start götürəcək.

Xəbər xətti