"Qəbələ" "Araz-Naxçıvan"ı məğlub etdi

15:54 - 15 Yanvar 2024

Mövsümün ikinci yarısının hazırlığını doğma rayonda keçirən "Qəbələ" bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" "Araz-Naxçıvan"la üz-üzə gəlib. Qarşılaşma Elmar Baxşıyevin yetirmələrinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Qəbələ" Premyer Liqanın 19-cu turunda öz meydanında "Sumqayıt"ı qəbul edəcək. Görüş 23 yanvar tarixində baş tutacaq. "Araz-Naxçıvan" isə ayın 23-də "Qarabağ"ın qonağı olacaq.

Xəbər xətti