Mourinyonu "Roma"nın əfsanəsi əvəz etdi

16:59 - 16 Yanvar 2024

İtaliyanın "Roma" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisini Daniele De Rossi çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliyalı mütəxəssislə 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb. O, bu postda Joze Mourinyonu əvəz edib.

Qeyd edək ki, Daniele De Rossi "Roma"nın yetirməsidir. 40 yaşlı veteran futbolçu 2002-2019-cu illər ərzində əsas komandada çıxış edib. O, İtaliya millisində köməkçi məşqçi olduqdan sonra baş məşqçi kimi SPAl-da çalışıb.

Xəbər xətti