Bölgə klubu hücumçu transfer etdi

19:09 - 17 Yanvar 2024

“Şamaxı” mövsümün ikinci yarısı üçün heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir.

Sportal.az xəbər verir ki, bölgə təmsilçisi növbəti transferini reallaşdırıb. Hücumçu Bəhruz Teymurov mövsümün sonuna qədər I Liqa klubunda çıxış edəcək.

Xatırladaq ki, "Şamaxı" daha öncə "Mingəçevir"dən ayrılan Roman Hüseynov heyətinə qatıb.

Xəbər xətti