"Qarabağ"ın oyununun biletləri satışa çıxarılır

09:47 - 22 Yanvar 2024

Azərbaycan Premyer Liqasının 19-cu turunda keçiriləcək “Qarabağ” – “Araz-Naxçıvan” qarşılaşmasının biletləri bu gün saat 14:00-dan iticket.az-da satışa çıxarılacaq.

Sportal.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər sabah iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında da satışda olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Araz-Naxçıvan" qarşılaşması sabah saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Xəbər xətti