"Kəpəz" "Turan-Tovuz"a qalib gəldi YENİLƏNİB

19:30 - 22 Yanvar 2024

Azərbaycan Premyer Liqasında 19-cu turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.

Günün ilk oyunu paytaxtda keçirilib. "Səbail" öz meydanında "Zirə"ni qəbul edib. Matç qolsuz heç-heçə ilə yekunlaşıb.

"Kəpəz" isə Qəbələdə "Turan Tovuz"ı məğlub edib. 

22 yanvar (bazar ertəsi)

“Səbail” – “Zirə” 0:0 
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Səbuhi Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“ASCO Arena”, 15:00

Kəpəz” – “Turan Tovuz” 2:1
Qollar:
Şakir 24, Junior 70 Ayxan Quseynov 3
Qırmızı vərəqə: Faiq Hacıyev 12
Hakimlər: Əli Əliyev, Müslüm Əliyev, Teymur Teymurov, Vüqar Həsənli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Azər Əsgərov
Qəbələ şəhər stadionu, 17:30

Xəbər xətti