Azərbaycan futbolu o qədər unikal hadisələrə səhnə olub və olur ki, olmaz dediyini görəndə də təəcüblənmirsən artıq. Az qala hər şeyə alışdırıblar bizi quyunun dibinə varan futbolumuzda.
Anormallıqlarla dolu futbolumuzun bəzən gülüş, bəzən də kədər doğuran sahələrindən biri də hakimlikdir. Onlardan söz düşən kimi federasiya rəhbərliyi hakimliyin hər yerdə problemli olduğunu deyirlər. Amma demək istəmirlər ki, bizdəki problemli olmaqdan keçib, tükənib can verən qocaya bənzəyir. Sanki oyunları can dərdi idarə edirlər hakimlərimiz.
Bir-birindən əcaib qərarla dolu hakimlik sahəsində daha birisini Fərid Hacıyev göstərdi bizə bu gün. "Səbail" - "Zirə" matçının ikinci hissəsində baş hakim Fərid Hacıyevi VAR-a çağırırlar. "Səbail"in müdafiəçisi Adil Nağıyev açıq-aşkar rəqibin ayağına zərbə vurub. Bu, təkrardan da görünür. Amma Hacıyev penalti vermək əvəzinə əks tərəfə cərimə zərbəsi təyin edir.
Yəni Fərid Hacıyev görmür ki, kim kimi vurur? Ya tərs görür, ya da görməzdən gəlir gördüklərini..
Maraqlıdır, hakimbaşı Barış Şimşək buna nə deyəcək?
saytlarin hazirlanmasi