"Səbail"in sabiq futbolçusu Matiya Lyuyiç yenidən Azərbaycanda oynaya bilər.
Sportal.az xəbər verir ki, bu barədə Macarıstan mətbuatı məlumat yayıb. "Uypeşt"in yarımmüdafiəçisi Premyer Liqamızdan təklif alıb.
Macarıstan təmsilçisində az forma şansı qazanan 30 yaşlı futbolçu ölkəmizdə oynamağa isti yanaşır.
Qeyd edək ki, Matiya Lyuyiç 2022/2023 mövsümünün ikinci yarısını icarə əsasında "Səbail"də keçirib. Serbiyalı orta xətt oyunçusu "dənizçilər"in heyətində meydana çıxdığı 16 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi