Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
Misli Premyer Liqası XIX tur
21.01.2024-cü il tarixində Misli Premyer Liqasının XIX turunun “Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi” klubu 700 manat cərimə edilir (maddə 37);
21.01.2024-cü il tarixində Misli Premyer Liqasının XIX turunun “Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” klubu 1500 manat cərimə edilir (maddə 52.2);
21.01.2024-cü il tarixində Misli Premyer Liqasının XIX turunun “Sabah” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilir (maddə 51.2);
22.01.2024-cü il tarixində Misli Premyer Liqasının XIX turunun “Səbail” – “Zirə” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” klubu 700 manat cərimə edilir (maddə 37);
22.01.2024-cü il tarixində Misli Premyer Liqasının XIX turunun “Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” klubu 1500 manat cərimə edilir (maddə 52.2);
22.01.2024-cü il tarixində Misli Premyer Liqasının XIX turunun “Kəpəz” – “Turan Tovuz” oyununun 9-cu dəqiqəsində “Turan Tovuz” klubunun 88 nömrəli futbolçusu Faiq Hacıyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanır, “Turan Tovuz” klubu 1500 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 39.1, 32);
23.01.2024-cü il tarixində Misli Premyer Liqasının XIX turunun “Qəbələ” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilir (maddə 37).
saytlarin hazirlanmasi