"Zirə" Azərbaycan Premyer Liqasının 20-ci turunda doğma meydanda "Sabah"a 0:1 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi bu qarşılaşmada hakim idarəçiliyindən narazı qalıb. Klubun baş meneceri Elman Himayətoğlu bununla bağlı instaqram hesabında paylaşım edib:
"Onların etdikləri bizi daha da gücləndirəcək. Aydındır ki, yalnız rəqiblərə qarşı mübarizə aparmırıq. Bu, bizim əzmimizi qırmayacaq. Sizinlə fəxr edirəm!"
Qeyd edək ki, "Zirə" tərəfi "Sabah"la matçın son dəqiqələrində qonaqların qazandığı penalti epizodundan öncə hakimin küncdən zərbə qərarı verilməli olduğunu bildirir.
saytlarin hazirlanmasi