Xorvatiya millisinin sabiq üzvü İvan Rakitiç "Sevilya"dan ayrılmağa hazırlaşır.
Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi "Əl-Şabab"la anlaşıb.
35 yaşlı xorvatiyalı artıq Səudiyyə Ərəbistanı klubunda tibbi müayinədən keçib.
İvan karyerası ərzində “Bazel”, “Şalke”, “Barselona” komandalarında oynayıb.
Qeyd edək ki, “Əl-Şabab” 18 komanda arasında 19 turdan sonra 11-ci pillədə qərarlaşıb.