AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, bu gün baş tutan toplantıda Premyer Liqanın 20-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
27.01.2024-cü il tarixində Misli Premyer Liqasının XX turunun “Kəpəz” – “Qarabağ” oyununda “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);
27.01.2024-cü il tarixində Misli Premyer Liqasının XX turunun “Zirə” – “Sabah” oyununun 44-cü dəqiqəsində “Sabah” klubunun 4 nömrəli futbolçusu Elvin Camalov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Sabah” klubu 500 manat cərimə edilir (maddə 36.5);
28.01.2024-cü il tarixində Misli Premyer Liqasının XX turunun “Neftçi” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ” klubu 700 manat cərimə edilir (maddə 37);
28.01.2024-cü il tarixində Misli Premyer Liqasının XX turunun “Neftçi” – “Qəbələ” oyununun 59-cu dəqiqəsində “Qəbələ” klubunun 3 nömrəli futbolçusu Zurab Oçiqava rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qəbələ” klubu 800 manat cərimə edilir (maddə 41);
28.01.2024-cü il tarixində Misli Premyer Liqasının XX turunun “Neftçi” – “Qəbələ” oyunu bitdikdən sonra “Qəbələ” klubunun 9 nömrəli futbolçusu Əyyub Allaş hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, “Qəbələ” klubu 3000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.3, 32);
saytlarin hazirlanmasi