"Sabah"ın baş məşqçisi Murad Musayev bu gün öz istəyi ilə komandadan ayrılıb.
Sportal.az xəbər verir ki, rusiyalı mütəxəssislə yanaşı, onun həmyerlisi olan köməkçiləri də Masazır təmsilçisini tərk edib.
"Sabah"ı Premyer Liqanın 21-ci turunun matçına kimin rəhbərliyi altında hazırlaşacağı məlum olub. Əldə etdiyimiz məlumata görə, "bayquşlar"ı "Turan Tovuz"la görüşə İqor Ponomaryov çıxaracaq.
Ponomaryov "Sabah"ın Müsahidə Şurasının üzvü və klubun idman direktorudur.
Qeyd edək ki, "Sabah" - "Turan Tovuz" qarşılaşması 3 fevral tarixində saat 17:30-da "Bank Respublika Arena"da baş tutacaq.
saytlarin hazirlanmasi