"Qarabağ" "Səbail"i məğlub etdi, "Sabah" - "Turan Tovuz" matçında sülh - YENİLƏNİB

19:24 - 3 Fevral 2024

Bu gün Azərbaycan Premyer Liqasında 21-ci tura start verilib.

Sportal.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk oyununda "Səbail" öz meydanında lider "Qarabağ"ı qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İkinci görüş isə "Bank Respublika Arena"da baş tutub. Burada keçirilən "Sabah" - "Turan Tovuz" görüşündə qalib müəyyənləşməyib.

Azərbaycan Premyer Liqası

3 fevral (şənbə)

“Səbail” – “Qarabağ” 1:2 

Qollar: Pedro Nuno, 68 (pen) - Toral Bayramov, 14 (pen), Yassin Benzia, 59 (pen)
Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Cəmil Quliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”, 15:00

“Sabah” – “Turan Tovuz” 1:1
Qollar:
Kahim Parris, 22 - Aleks Souza, 11
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Kamran Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
“Bank Respublika Arena”, 17:30

Xəbər xətti