Bölgə klubu hücumçusunu icarəyə verdi

16:09 - 6 Fevral 2024

“Araz Saatlı” klubu iranlı hücumçu Elşən Sabbağini mövsümün sonuna qədər MOİK-ə icarəyə verib.

Sportal.az.az xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.

 Futbolçu bu günə qədər Saatlı təmsilçisinin heyətində 8 oyunda forma geyinib və 1 qol vurub.

"Araz Saatlı" Elşənə göstərdiyi xidmətlərə görə təşəkkür edib, karyerasında uğurlar arzulayıb.

Xəbər xətti