"Difai Ağsu" "Araz Saatlı"nı darmadağın etdi - VİDEO

18:13 - 8 Fevral 2024

Futbol üzrə Azərbaycan I Liqasında XIII tura start verilib.

Sportal.az xəbər verir ki, bu gün "Difai Ağsu" öz meydanında "Araz Saatlı"nı qəbul edib. Qarşılaşma Ağsu təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 7-yə yüksəldən "Dufai Ağsu" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 3 xalı olan "Araz Saatlı" isə sonuncu yerdədir.

"Difai Ağsu" - "Araz Saatlı" 4:0
Qollar: 
Seymur Rəhimov, 5, Rəhman Quliyev, 17, Tahir Zeynalov, 73, Əbil Əbilov, 79

Xəbər xətti