"Şamaxı" Mingəçevirdən 3 xalla qayıtdı - VİDEO

21:42 - 8 Fevral 2024

Futbol üzrə Azərbaycan I Liqasında XIII tura start verilib.

Sportal.az xəbər verir ki, bu gün "Mingəçevir" öz meydanında "Şamaxı"nı qəbul edib. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 25-ə yüksəldən "Şamaxı" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 14 xalı olan "Mingəçevir" isə 8-ci yerdədir.

"Mingəçevir" - "Şamaxı" 0:1
Qol: 
Emin Zamanov, 64 (pen)

Xəbər xətti